Kateqoriyasız

Çempionlar Liqası: Mahir Emrelinin komandası qələbə qazanıb

Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Bolqarıstanda “Lüdoqorets”i 2:1 hesabı ilə məğlub edib. 25 yaşlı forvard zədə səbəbindən bu görüşü buraxıb.

Bu gün Azərbaycan çempionu “Qarabağ” Bakıda Macarıstan “Ferentsvaroş”unu qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43