Kateqoriyasız

Çempionlar Liqası: “Qarabağ”ı II mərhələdə gözləyən komandalar bilindi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

İdmanxeber.az-ın məlumatına görə, əgər Ağdam təmsilçisi ikinci mərhələyə vəsiqə qazansa o zaman “səpələnmişlər” səbətində yer alacaq. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi I təsnifatda da nisbətən zəif komandalarla üz-üzə gələcək. “Qarabağ”ı II təsnifatda gözləyən komandalar aşağıdakılardı:

“Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels) və “Slovan” (Slovakiya).

“Qarabağ” 2-ci təsnifat mərhələsini keçə bilsə, 3-cü mərhələdə səpələnməmişlər səbətində qərarlaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-də keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43