Kateqoriyasız

Çempionlar Liqasında püşk atıldı: “Real” “Siti”yə, PSJ “Borussiya”ya rəqib oldu

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.


1/8 final

“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

“Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya)

“Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə)

“Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya)

“Lion” (Fransa) – “Yuventus” (İtaliya)

“Tottenhem” (İngiltərə) – “Leyptsiq” (Almaniya)

“Napoli” (İtaliya) – “Barselona” (İspaniya)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43