Dünyadan

Çempionlar Liqasında hakimdən biabırçı səhv (VİDEO)

UEFA Gənclər Liqasında keçirilən “Çelsi” – “Valensiya” qarşılaşmasında kobud hakim səhvi qeydə alınıb.

İdmanxeber.com-un məlumatına görə, sözügedən oyun 1:1 hesabı ilə başa çatdığı üçün, qalibi penaltilər seriyası müəyyən edib. Bu zaman “Valensiya”nın futbolçusu Alberto Qilin zərbəsi qapıya daxil olsa da, hakim zərbəni qol kimi qeydə almayıb. Nəticədə “Çelsi” 5:4 hesablı qələbəyə sevinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43