Dünya futbolu

Çempionlar Liqasında IV tur həyəcanı – YENİLƏNİR

Bu gün futbol üzrə Çempionlar Liqasında IV turun oyunlarına start veriləcək. 

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş baş tutacaq.

B qrupunda çıxış edən Türkiyənin "Beşiktaş" klubu İtaliya "Napoli"sini qəbul edəcək. İstanbul təmsilçisi qələbə qazanacağı təqdirdə qrup liderliyini ələ keçirəcək. Qrupun digər oyununda isə Portuqaliyanın "Benfika" klubu Ukrayna "Dinamo"sunu (Kiyev) qəbul edəcək.

Gecənin mərkəzi görüşü isə İngiltərədə keçiriləcək. "Mançester Siti" İspaniyanın "Barselona" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk oyunda "Barsa" evdə 4:0 hesablı qələbə qazanıb. 

 

Çempionlar Liqası, qrup oyunları, IV tur

 

A qrupu

23:45. "Bazel" (İsveçrə) – PSJ (Fransa)

23:45. "Ludoqorets" (Bolqarıstan) – "Arsenal" (İngiltərə)

Xal durumu: "Arsenal" – 7. PSJ – 7. "Bazel" – 1. "Ludoqorets" – 1

 

B qrupu

21:45 "Beşiktaş" (Türkiyə) – "Napoli" (İtaliya)

23:45. "Benfika" (Portuqaliya) – "Dinamo" (Kiyev, Ukrayna)

Xal durumu: "Napoli" – 6. "Beşiktaş" – 5. "Benfika" – 4. "Dinamo" – 1

 

C qrupu

23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) – "Seltik" (Şotlandiya)

23:45. "Mançester Siti" (İngiltərə) – "Barselona" (İspaniya)

Xal durumu: "Barselona" – 9. "Mançester Siti" – 4. "Borussiya" – 3. "Seltik" – 1

 

D qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) – "Rostov" (Rusiya)

23:45. PSV (Hollandiya) – "Bavariya" (Almaniya)

Xal durumu: "Atletiko" – 9. "Bavariya" – 6. PSV – 1. "Rostov" – 1.

 

Qeyd edək ki, digər oyunlar noyabrın 2-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43