Çempionlar Liqasında növbəti mövsümdən etibarən VAR sistemi tətbiq olunacaq.
UEFA-nın rəsmi saytı xəbər verir ki, qurum 2019/2020-ci il mövsümündən etibarən oyunlar zamanı videotəkrardan istifadəyə icazə verib.
Xatırladaq ki, VAR sistemindən 2018-ci il dünya çempionatında istifadə olunub. Çempionlar Liqasında 2018/2019 mövsümünün 1/4 final mərhələsindən etibarən videotəkrar (VAR) sisteminin tətbiq olunacağına dair xəbərlər isə təkzib olunmuşdu.