Dünyadan

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılır

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, qrupda 1-ci yeri tutan komandalar 2-ci yeri tutan komandalarla qarşılaşacaq.

Eyni qrupda yer alan və eyni ölkəni təmsil edən komandalar püşkdə bir-biri ilə düşə bilməyəcək.

Qrupu lider tamamlayan komandalar:

“Arsenal” və “Lester” (İngiltərə), “Napoli”, “Yuventus” (İtaliya), “Barselona”, “Atletiko” (İspaniya), “Monako” (Fransa), “Borussiya” (Dortmund, Almaniya) klubu daxildir.

Qrup mərhələsini 2-ci yerdə tamamlayan komandalar:

PSJ (Fransa), “Benfika”, “Portu” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Bavariya”, “Bayer” (Almaniya), “Real”, “Sevilya” (İspaniya).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43