Kateqoriyasız

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

AFFA mayın ilk günlərində Bakıda start götürəcək 17 yaşlı futbolçular arasında Avropa Çempionatının hazırlıqlarını yekunlaşdırmaq üzrədir. 

İdmanxeber.com-un məlumatına görə,  assosiasiyanın baş katibi Elxan Məmmədov açıqlamasında qitə birinciliyinin ölkənin idman həyatında mühüm rol oynayacağını bildirib.

Bundan başqa o, gələcəkdə Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının keçirilmə ehtimalının olduğunu bildirib: “17 yaşadək futbolçular arasında keçirilən Avropa Çempionatının böyük tarixi var. Yarış 1981-ci ildən təsis olunub. 1 il sonra isə UEFA bayrağı altında yarışlara start verilib. Müller, Fabreqas, Runi kimi futbolçular ilk addımlarını məhz belə yarışlarda atıblar. Çempionlar Liqası və Avrliqanın finalını Bakıda keçirmək imkanımız var. Ən gözəl stadion Bakı Olimpiya Stadionudu. Biz bundan istifadə etməliyik. Sevindirici haldı ki,  17 yaşlı futbolçular arasında Avropa Çempionatının açılış və bağlanış mərasimi məhz bu arenada olacaq”.

Qitə birinciliyində müxtəlif ölkələrin yeniyetmə futbolçularını izləmək üçün ölkəmizə seleksiyaçılar da gələcək. Əsas məqsəd gələcəyin ulduz futbolçuları olacaq yeniyetmələri üzə çıxarmaqdı. Elxan bəy bu məsələyə də münasibətini bildirib: “Artıq müraciət edənlər arasında böyük futbol klubları da var. “Arsenal”, “Mançester Siti”, “Bavariya”, “Deportivo” və digə klubların seleksiyaçıları Bakıya gələcək”.

Qeyd edək ki, çempionatın açılış mərasimi mayın 5-də olacaq.

ATV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43