Milli komanda

Çexiyanın düşərgəsindən millimizi sevindirəcək xəbər gəldi

DÇ-2018-in seçmə qrup matçında millimizlə qarşlaşacaq Çexiya yığması ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, çexlərin əsas heyət üzvü David Pavelka sarı vərəqə limitini doldurduğu üçün qarşıdakı görüşü buraxacaq.
Qaydalara görə, seçmə mərhələdə 2 sarı vərəqə alan futbolçu növbəti oyundan kənarda qalmalıdır. Pavelka Şimali İrlandiya və Almaniya oyunlarda sarı vərəqə almaqla oktyabrın 11-də Azərbaycana qarşı keçiriləcək matçda meydanda olmayacaq.

Qeyd edək ki, Ostrava şəhərindəki “Vitkovitse” stadionunda keçiriləcək Çexiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43