İdman

PFL ayın ən yaxşı qolunu seçir – VİDEO

Peşəkar Futbol Liqası (PFL) I Divizionda ayın ən yaxşı qolunu azarkeşlər və jurnalistlərlə birgə müəyyənləşdirəcək.
 
İdmanxeber.com-un məlumatına görə, təklif olunan 5 qoldan ən yaxşısı səsvermə yolu ilə seçiləcək. Həmin qolların videosu PFL-in rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar. Onlar və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. 
 
Səsvermə zamanı hüquqların 20 faizi PFL-ə məxsus olacaq. Jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Hər iki tərəfin seçimi üs-üstə düşsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək. 
Səsvermənin nəticəsinə görə 1-ci yeri tutmuş futbolçu Bakı klublarından birinin üzvü olsa belə, ona mükafatı bölgədə keçirilən görüşdən öncə təqdim ediləcək. Bu addım jurnalistlərin I Divizionda baş tutacaq bölgə oyunlarına səfərini təşkil etmək və yarışların daha da işıqlandırılması baxımından atılıb.
Qeyd edək ki, seçimi sorğunun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib sentyabrda I Divizionda vurulmuş 5 gözəl qolu izləyərək etmək olar. Sorğu 17 oktyabradək qüvvədə olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43