İdman

Çili finalda!

FİFA Konfederasiyalar Kuboku-2017-də yarımfinal mərhələsinə start verilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün ilk finalçının adına aydınlıq gəlib.

Portuqaliya yığması həlledici matça yüksəlmək üçün Çili ilə qarşılaşıb. Matçın əsas vaxtı və hər biri 15 dəqiqədən ibarət olan iki hissəsində də hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında bəlli olub. “Lotoreya”da 3:0 rəqibini üstələyən şilili futbolçular adlarını finala yazdırıblar.
 
FİFA Konfederasiyalar Kuboku-2017
Yarımfinal 
28 iyun
 
Portuqaliya – Çili – 0:0 (penaltilər 0:3)
 
Baş hakim: Alireza Faqani (İran)
Kazan. “Kazan Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43