Kateqoriyasız

Çıxış yolu olmalıdı” – Ramin Quliyev

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının III turunda “Qəbələ”yə qarşı oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə 0:2 hesablı məğlubiyyəti şərh edib:

– Danışılası çox şey yoxdu. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik.

– Sanki komandada istəksizlik var. Sizə də belə gəlmirmi?
– Elə deməzdim. 3-cü turdayıq və məğlubiyyətlər komandada özünə inamsızlıq yaradır. 3 oyuna qol vurmamağımız inamsızlığa səbəb olub. Kənardan istəksizlik görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünə inam azalır.

– Bu vəziyyətdən çıxış planınız var?
– Çıxış yolu olmalıdı. Yenə deyəcəm ki, bir balaca vaxt lazımdı. Hücumları dəyərləndirə bilmirik. Çıxış yolu olmalıdı və oyunlara baxıb təhlil edəcəyik.

– Komandada narahatlıq olduğu deyilir. Bu haqda nə deyə bilərsiz?
– Komanda daxilində hər şey yaxşıdı. Düzdü, məğlubiyyətlər xoş deyil, ancaq ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdu. Komanda daxilində hər şey qaydasındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43