Kateqoriyasız

“Çox çalışırıq və bu, əladır” – “Neftçi”nin futbolçusu

“Mövsümün ikinci yarısında azarkeşləri sevindirmək istəyirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu İvan Brkiç klubun televiziyasına açıqlamasında deyib. Xorvatiyalı qapıçı tərəfdarların dəstəyinin onlar üçün vacib olduğunu bildirib:

“Yalnız futbol barədə düşünmək üçün hər şəraitimiz var. Çox çalışırıq və bu, əladır. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların bizi tribunadan dəstəkləmələri çox xoşumuza gəlir”.

“Neftçi” ilk yoxlama görüşünü bu gün Macarıstan təmsilçisi “Vaşaş”a qarşı keçirəcək. Antalyadakı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43