Ölkə futbolu

“Çox sayda azarkeş bizə hücum çəkdi”

Topaz Premyer Liqasının XXIII turunda keçirilən AZAL – “İnter” oyunu 1-1 hesabı ilə başa çatdı.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Emosiyalar yüksək idi. Biz matça bərbad şəkildə başladıq və 1-ci dəqiqədə qol buraxdıq. Qoldan sonra oyunda dəyişiklik edib, bərabərlik qolunu vurduq. Üstün tərəf biz idik. İlk hissədə Nildo zədə aldı. Onun əvəzlənməsindən sonra hücumda pressinq edə bilmirdik. Çox sayda oyunçunun psixoloji problemi var. Bilirsiniz ki, millinin toplanışı gəlir. Amma milliyə getmək üçün ilk növbədə klubda yaxşı futbol sərgiləmək lazımdır. Çox çətin bir oyun oldu. Xoşagəlməz hadisələr oldu. Oyunda, eləcə də ondan sonra baş verən hadisələr mənim üçün xoş deyil. Mən çalışırdım ki, sülh yaradım. Amma bir-birmizə hörmətlə yanaşırıq”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Açığı, oyunun ağır keçəcəyini bilirdik. Birinci hissədə biz qol vurmağımıza baxmayaraq, sönük oynadıq. İkinci hissədə isə imkanlarımız oldu. Məni yandıran odur ki, hesabda öndə olduğumuz oyunlarda sonradan qol buraxıb, xallar itiririk. Heyətdə müəyyən problemlər var. Rəşad Abdullayev xəstə idi, Novruz Məmmədov cəzalı duruma düşmüşdü. Buna görə də müəyyən dəyişiklik etməli oldum. Qarşıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Həmin matça hazırlaşmalıyıq. Oyundan sonra müəyyən insident oldu. Amma orada da yekunlaşdı. Bir dəfə “Neftçi”nin heyətində səfər matçında idik. Çox sayda azarkeş bizə hücum çəkdi. Çətinliklə soyunub-geyinmə otağına getdik. İndi isə belə hallar yoxdur”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43