Dünya futbolu

ÇSKA-nın baş məşqçisi: “Turedən üzr istəməyəcəyik”

Bu gün Çempionlar Liqasının qrup mərhələsində ÇSKA səfərdə “Mançester Siti”nin qonağı olacaq.

Matç öncəsi keçirilən mətbuat konfransında Moskva klubunun baş məşqçisi Leonid Slutski bu komandalar arasında keçirilmiş ilk oyunda baş verən olaylara toxunub:

“Moskvada baş tutan oyunda şəxsən mən irqçiliyə, ya da Yaya Tureyə yönəlmiş hər hansı bir irqçi şuar eşitməmişəm. Bu səbəbdən də olayı şərh edə bilmərəm. Bu məsələ çox şişirdildi. Bəzilərinin hadisəyə bu qədər önəm verməsini anlaya bilmirəm”.

 “Bu məsələ ilə bağlı ÇSKA Turedən üzr istəyəcəkmi” sualını isə Slutski belə cavablandırıb: “Bu məsələ ilə bağlı kifayət qədər danışdıq. Heç kimdən üzr istəməyəcəyik”.

Məlumat üçün deyək ki, həmin oyunda “Mançester Siti”nin futbolçusu Yaya Ture ona qarşı səsləndirilən irqçi şuarlara görə UEFA-dan ÇSKA-nın cəzalandırılmasını tələb etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43