İdman

Cüdoçularımızın yeni reytinq cədvəli açıqlanıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, dünya çempionatı ərəfəsində müəyyənləşən siyahını Azərbaycan yığmasının aparıcı üzvləri üçün uğurlu saymaq mümkündü. Belə ki, cüdoçularımızdan Rüfət İsmayılovla (81 kq) Tural Səfquliyev (90 kq) 3, Nəzakət Əzizova (52 kq) 2, Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) və Aişə Qurbanlı (48 kq) 1 pillə irəliləyiblər. Onlar yeni cədvəldə müvafiq olaraq, 17-ci, 13-cü, 56-cı, 7-ci, 5-ci və 35-ci yerdədi.

Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (100 kq) və İrina Kindzerska (+78) isə mövqelərini qoruyublar. Bu cüdoçular müvafiq olaraq, yenə 6-cı, 42-ci, 2-ci, 3-cü və 18-cidi.

Onlardan fəqrqli, Elmar Qasımovla (100 kq) Uşanqi Kokauri (+100 kq) 1 və Məmmədəli Mehdiyev (90 kq) 2 rəqibini özündən irəli buraxıb. Bu idmançılara gəlincə, Qasımov 5-ci, Kokauri 21-ci və Mehdiyev 16-cı yerə enib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43