İdman

Cüdoçumuz doqquzuncu dəfə Avropa çempionu olub

Sumqayıtlı veteran cüdoçu Fərhad Rəcəbli doqquzuncu dəfə Avropa çempionu olub.

İdmanxeber.az xəbər verir ki, Sloveniyanın Podçetrtek şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının ilk günündə M5, M6, və M7 yaş kateqoriyaları üzrə doqquz idmançımız medallar uğrunda mübarizə aparıb. Veteran cüdoçularımız yarışın birinci gününü 1 qızıl və 1 bürünc medalla başa vurublar.

M7 kateqoriyasında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, idmançının veteran cüdoçular arasında Avropa çempionatlarında qazandığı doqquzuncu qızıl medaldır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43