Kateqoriyasız

Dəqiqləşir: ölkə futbolu üçün vacib gün

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

İdmanxeber.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclas iyunun 18-də videokonfrans formatında keçiriləcək. Tədbir saat 11:00-da başlayacaq.

Qeyd edək ki, iclasda koronavirusa görə dayandırılan Azərbaycan Premyer Liqası və ölkə kubokunun davam etdirilib-etdirilməyəcəyi ilə bağlı yekun qərar veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43