Kateqoriyasız

Dadaşov qol vurdu, babasının ölüm xəbərini aldı

Milli komadnamızın hücumçusu Renat Dadaşovun babası vəfat edib.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliyanın “Tondela” klubunda çıxış edən forvard bununla bağlı İnstaqram səhifəsində paylaşım edib.

Dadaşov ölkə çempionatının 7-ci turunda “Famalikao” ilə qarşılaşmadan sonra babasının öldüyünü bilib. 84-cü dəqiqədə qol vuraraq komandasına 3:2 hesablı qələbə qazandıran forvardın sevinci çox çəkməyib. O, paltardəyişmə otağında üzücü xəbəri alıb.

“Oyundan sonra matçlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyin mesajlarını aldım. Hər şey sənin üçün idi, baba. Kaş bunu görə biləydin, amma əminəm ki, görürsən. Səndən ötrü darıxıram, dincəl. Səni sevirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43