İdman

Dadaşovun qolu “Hofenhaym”ı məğlub etməyə yetmədi

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında 1-ci turun təxirə salınmış oyunu keçirilib.

İdmanxeber.com-un  məlumatına görə, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası səfərdə “Hoffenhaym”la qarşılaşıb. 

Görüş Frankfurt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan millimizin hücumçusu komandasının yeganə qolunun müəllif olub. 

Qeyd edək ki, “Ayntraxt” 3 xalla 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43