Kateqoriyasız

Daha 2 milli Bakıda baş tutacaq Avropa çempionatına vəsiqə qazandı

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsində iştirakı dəqiqləşən komandaların sayı 8-ə çatıb.

İdmanxeber.com-un məlumatına görə, daha iki milli Ukrayna və İngiltərə yığmaları da son turun nəticələrindən asılı olmayaraq çempionata vəsiqə qazanıb.

Qeyd edək ki, daha öncə Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina, eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43