Kateqoriyasız

Millimiz Belarusa qarşı

16 yaşadək futbolçular arasında Maltada təşkil olunan UEFA İnkişaf turniri davam edir.

İdmanxeber.com-un məlumatına görə, III turda Azərbaycan millisi Belarusla qarşılaşacaq.

Aktivində 3 xalı olan millimizi bu matçda istənilən heç-heçə də qane edir.

Qeyd edək ki, ilk görüşündə Lixtenşteynə 8:0 hesabı ilə qalib gələn milli komandamız daha sonra Maltaya 0:3 hesabı ilə uduzub.

28 mart

13:30. Azərbaycan – Belarus


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43