Dünya futbolu

Daha bir çexiyalı futbolçu intihar etdi

Daha bir çexiyalı futbolçu intihar edib.

İdmanxeber.com-un məlumatına görə, ölkənin “Banik” və “Viktoriya” klublarında oynamış David Bıstron öz canına qəsd edib. 35 yaşlı futbolçu evində özünü asıb. Məlumata görə, onun maliyyə problemləri və ailəsində münaqişə olub.

Təxminən bir ay əvvəl daha bir çexiyalı futbolçu – Frantişik Raykorol da intihar etmişdi. Maraqlıdıki, hər iki futbolçu “Banik” və “Viktoriya”da birgə çıxış ediblər.

Bıstron “Viktoriya” ilə Çexiya, “Levski” ilə Bolqarıstan çempionluğunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43