İdman

Qanunları pozduğu üçün həbs olunan futbolçular – FOTOLAR

Məşhur, yaxşı futbolçular karyeraları ərzində milyonlarla pul qazanırlar. Lakin onlar bəzən elə vəziyyətə düçar olurlar ki, həmin vəziyyətdən çıxmaq üçün bu pulun köməyi dəymir. Həmin zaman onlara güclü vəkil və ədalətli məhkəmə lazım olur.

Bir çox məşhur futbolçunu həbsdən xilas etmək üçün güclü vəkillərə ehtiyac duyulub. Həmin  siyahıda Lionel Messi, Ceymi Vardi və Toni Adams kimi məşhur futbolçular da var.Lakin bəzən məhkəmə də qaydaları pozduğu üçün həbs qərarı çıxarmağa məcbur olur. 

Məhkəmənin qərarı ilə həbs edilən və sərbəst buraxılan 9 məşhur futbolçunu təqdim edirik.
 

1. Lionel Messi

Messi"Barselona"nın ulduz futbolçusu Lionel Messi İspaniyanın qatı vergi qanunlarına "ilişən" oyunçulardan biridir. Futbolçu 2016-cı ildə atası ilə birlikdə vergidən yayınmaqda ittiham olundu. Lakin onun cəzası 2 ilədək olduğu və ilk dəfə məhkəməyə düşdüyü üçün 3 milyon avro cərimələnərək sərbəst buraxıldı. Onun məhkəmədəki vəkili argentinalı Enrike Baçiqalupo idi.

 

2. Ceymi Vardi

Ceymi Vardi

"Lester"in hücumçusu Ceymi Vardi 2007-ci ildə profesiyonal futbolçu olmamışdan öncə qəsdən vücuda xəsarət yetirmək maddəsiylə şikayət edilmişdi. Məhkəmədə bəraət qazana bilməyən futbolçuya hakim 6 ay  boyunca ayağında elektron cihazla gəzmək cəzası vermişdi.

 


3. Breno BorgezBreno Borgez

"Bavariya"nın keçmiş futbolçusu. Futbolçu 2012-ci ildə bilərəkdən mülkə ziyan vermək maddəsiylə məhkəmə qarşısına çıxarıldı. Öz evini yandırdığı sübut olunan futbolçuya 2 il həbs cəzası verildi. 2015-ci ildə həbsdən çıxdıqdan sonra ölkəsi Braziliyaya dönən futbolçu "San Paulo" klubunda çıxış etməyə başladı.

4. Dunkan Ferguson

Dunkan Fergüson

Şotlandiyalı futbolçu 1995-ci ildə "Reyncers"in heyətində çıxış edərkən "Rays Rovers"lə matçda ikincilərin futbolçusu Yok MakStaya başla zərbə endirdiyi üçün 3 ay müddətinə həbs edilib. Bu, Fergüsonun qəsdən vücuda xəsarət yetirmək maddəsiylə məhkəmə qarşısına çıxdığı 3 hadisə idi.

 

 

5. Əhməd Elrix

Avstraliya millisinin sabiq futbolçusu Əhməd Elrix 2011-ci ildə qanunsuz silah daşıdığı üçün 4 il müddətinə azadlıqdan məhkum edilib. O, hazırda Sidneydə həvəskar klubda oynayır.

6. Coy BartonCoy Barton

İngiltərə millisinin və "Mançester Siti"nin sabiq futbolçusu 2 dəfə qəsdən vücuda xəsarət yetirmək maddəsiylə məhkəmə qarşısına çıxıb. O, 2008-ci ildə bu səbəbdən 77 gün məhbus həyatı yaşayıb. Ötən ay isə mərc oyunlarında iştrak etdiyi üçün İngiltərə Futbol Assosiasiyası tərəfindən 18 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Futbolçu hazırda müqavilə ilə "Börnli"yə məxsusdur.

7. Toni Adams

Toni Adams

19 il "Arsenal"ın şərəfini qoruyan futbolçu içkili vəziyyətdə avtomobil idarə edərkən qəzaya uğramışdı. Bu səbəbdən 4 ay müddətinə həbs olunan futbolçu cəzasının yarısını çəkdikdən sonra içki içməyi tərgitmiş və Britaniyada futbol sahəsində daha da məşhurlaşmışdı. O, 2010/11-ci illərdə ölkəmizdə "Qəbələ" klubunun baş məşqçisi olub.

 

8. Ulrix HonesUlrix Hönes

Almaniya və "Bavariya"nın əfsanələrindən hesab edilən Hones 2014-cü ildə 28.5 milyon avro dəyərində vergidən yayındığı üçün 2 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin fevral ayında azadlığa çıxan Hones noyabrda yenidən "Bavariya"nın prezidenti vəzifəsinə seçilib. O, həbs olunandan öncə də "Bavariya"nın prezidenti vəzifəsini icra edirdi.

9. Tanju Çolak

Türk futbolunun əfsanəvi hücumçularından hesab edilən Tanju Çolakın hekayəsi isə daha maraqlıdır. Öz pulu hesabına aldığı "Mercedes 550 SL" markalı maşınının oğurluq olduğunu öyrənən futbolçu bu barədə məhkəməyə müraciət edib. Lakin Ağır Cinayətlər Məhkəməsi buna görə Çolaka 9 il cəza vermişdi. Bir müddət xaricə qaçan Tanju Çolak 1993-cü ildə həbs olunsa da, 1995-ci ilin fevral ayında azadlığa buraxılmışdı. O, ümumilikdə 23 ay həbsdə qalmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43