Dünya futbolu

Daha bir əfsanə dünyasını dəyişdi

Portuqaliyalı əfsanəvi futbolçu Mario Koluna 78 yaşında dünyasını dəyişib. Bu barədə keçmiş yarımmüdafiəçinin bir vaxtlar çıxış etdiyi “Benfika” klubunun rəsmi saytı məlumat yayıb. Kolunanın ölümünə ağ ciyərindəki xəstəliyin səbəb olduğu deyilir.

Qeyd edək ki, Portuqaliya millisinin kapitanı olmuş Mozambik əsilli futbolçu “Benfika” (1954-1970) və “Lill” (Fransa, 1970-1972) kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43