İdman

Daha bir idmançı Tokio-2020-yə lisenziya qazandı

Azərbaycan tarixində ikinci dəfə Yay Olimpiya Oyunlarında triatlonda təmsil olunacaq.

Milli komandanın üzvü Rostislav Pevtsov Tokio-2020-də iştirak hüququna yiyələnib. Olimpiya reytinqində 46-ci olan idmançı lisenziyanı təmin edib.

Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması triatlonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib.

Pevtsov 12 may 2018 – 14 iyun 2021 və 4 yanvar 2021 – 15 iyun 2021 tarixlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 28 beynəlxalq turnirdə iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43