Ölkə futbolu

Daha üç qol vurub “Qarabağ”ım tarixinə düşə bilər

“Qarabağ” klubunun mətbuat xidməti Topaz Premyer Liqanın 29-cu turunda səfərdə AZAL-a 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı statistikanı açıqlayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqanın vahid lideri olan Ağdam təmsilçisi bu qələbəylə çempionatda ardıcıl altıncı qələbəsini qazanıb.

***
Bu, eyni zamanda Premyer Liqada cari mövsüm ən uzun qələbə seriyasıdır.
*** 
Buna qədər beş ardıcıl böyükhesablı qələbə qazanan “Qarabağ” bununla da “Neftçi”nin 18 illik nəticəsini təkrarlayıb. “Qarabağ” AZAL-a qol buraxmadan daha bir dəfə məyus edə bilsəydi, ardıcıl altı böyükhesablı qələbə ilə çempionatlar tarixində vahid lider olacaqdı.

***

“Qarabağ” son 10 oyunda 9-cu qələbəsini qazanıb.

***

Qapısını toxunulmaz saxlamaqla komanda bununla da göstəricisini beş oyuna çatdırıb. Başqa sözlə, “Qarabağ” 457 dəqiqədir qapısında qol görmür. Sonuncu dəfə qolkiper İbrahim Sehiçin qoruduğu qapıdan 24-cü turda “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov 83-cü dəqiqədə top keçirə bilib.

***

Bu, cari mövsüm ikinci ən uzun göstəricidir. Mövsümün seriyası isə 512 dəqiqə ilə “Qarabağ”ın digər qapıçısı Fərhad Vəliyevə məxsusdur.
***

“Qarabağ” eyni zamanda AZAL-la oyunda üç oyundan sonra qapısını toxunulmaz saxlaya bildi
*** 
“Qarabağ” “AZAL Arena”da üç il sonra qələbə qazana bilib. Sonuncu dəfə Ağdam komandası bu meydanda 2011-ci ilin sentyabrın 19-da 3 xalı aktivinə yaza bilmişdi.
***

“Qarabağ”da Reynaldo vurduğu qolla Premyer Liqada cari mövsüm 18-ci dəfə fərqlənməklə bombardirlər siyahısında yerini möhkəmləndirib.
Maraqlıdı ki,  Reynaldo bununla 2010-2011 mövsümündə çempionatın bombardiri olan Georgi Adamiyanın göstəricisinə çatıb.
***
Ümumiyyətlə, bir mövsüm `Qarabağ`ın formasında ən çox qol vuran futbolçu olmaq üçün Reynaldoya cəmi üç qol lazımdı. Hazırda “Qarabağ” tarixinin ən çox qol vuran oyunçusu Samir Musayevdir. O, 2003-2004 mövsümündə 20 dəfə fərqlənməyi bacarıb. 
***
Braziliyalı Reynaldo start heyətində matça çıxdığı son beş oyunda meydanı qol vurmadan tərk etmir. 
*** 
Reynaldo 22-ci dəqiqədə fərqlənməklə cari futbol ilində 25-ci qolunu vurub. Premyer Liqada 18 dəfə fərqlənən Reynaldo 5 dəfə Avroliqada, 2 dəfə də ölkə kubokunda adını tabloya yazdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43