Dünya futbolu

“Darıca Gənçlərbirliyi” klubunu azərbaycanlılar aldı

Kocaelinin Darıca ilçəsini təmsil edən  klub artıq azərbaycanlıların idarəçiliyindədir. 

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbol funksionerləri Rəsul Şükürsoyla, Nail Zeynalov Rusiyada yaşan iş adamlarının dəstəyi ilə  Türkiyənin 2-ci liqasında çıxış edən “Darıca Gənçlərbirliyi” klubunu satın alıb. Bu barədə məlumatı Nail Zeynalov öz “feysbuk” hesabından verib. O, Qurban bayramından sonra təhvil-təslim prosesinin bitəcəyini bildirib. 

Qeyd edək ki,  1934-cü ildə yaranan klub, oyunlarını Darıca ilçə stadionunda keçirir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43