Kateqoriyasız

DÇ -2022: 1/8 final mərhələsinin 6 cütü bəllidir

DÇ-2022-də qrup mərhələsininin oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün keçirilən matçların ardından Mərakeş, Xorvatiya, İspaniya və Yaponiya komandaları 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Turnirin iddialı iki yığması – Belçika və Almaniya milliləri isə qrupda qalıblar.

Bu gün qeydə alınan nəticələrin ardından dünya çempionatının 1/8 final mərhələsinin 6 cütü bəllidir:

Niderland – ABŞ

Argentina – Avstraliya

Fransa – Polşa

İngiltərə – Seneqal

Yaponiya – Xorvatiya

Mərakeş – İspaniya

Qeyd edək ki,  qrup mərhələsinin sonuncu turunda sabah daha dörd oyun keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43