Kateqoriyasız

DÇ-2022: Fransa və İngiltərə 1/4 finalda! – YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gəlib. “Al Tumama” stadionunda keçirilən matçda fransızlar qələbə qazanaraq 1/4 finala adlayıb.

“Əl Bayt” stadionunda baş tutan İngiltərə – Seneqal qarşılaşmasında isə daha dəqiq oynayan ingilislər mərhələ adlayıb.

Dünya çempionatı

1/8 final mərhələsi

4 dekabr

İngiltərə – Seneqal – 3:0
Qollar: Cordan henderson, 38, Harri Keyn, 45+3, Bukayo Saka, 51

Fransa – Polşa – 3:1
Qol: Olivye Jiru, 44, Kilian Mbappe, 74, 90+1 – Robert Levandovski, 90+9

Qeyd edək ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43