Dünya futbolu

DÇ-2022: Mane Seneqal millisinə kömək edə biləcək?

Seneqal millisinin aparıcı üzvü Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatının ilk oyunlarını buraxacaq.

İdmanxeber.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun 30 yaşlı hücumçusu zədə səbəbindən qrup mərhələsinin 1-ci və 2-ci turunun matçlarında iştirak edə bilməyəcək.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43