Kateqoriyasız

DÇ-2022-nin püşkü atıldı: Millimizin rəqibləri bilindi

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi baş tutub.

Püşkatma mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

Püşk nəticəsində yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə A qrupunda yer alıb.

Seçmə mərhələdə komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart – noyabr aylarında keçiriləcək. Qrup qalibləri birbaşa 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci yeri tutanlar, eləcə də UEFA Millətlər Liqasında iki qrup qalibi pley-off oyunlarına qatılacaq.

A qrupu
Portuqaliya
Serbiya
İrlandiya
Lüksemburq
Azərbaycan

B qrupu
İspaniya
İsveç
Yunanıstan
Gürcüstan
Kosovo

C qrupu
İtaliya
İsveçrə
Şimali İrlandiya
Bolqarıstan
Litva

D qrupu
Fransa
Ukrayna
Finlandiya
Bosniya və Herseqovina
Qazaxıstan

E qrupu
Belçika
Uels
Çexiya
Belarus
Estoniya

F qrupu
Danimarka
Avstriya
Şotlandiya
İsrail
Farer adaları
Moldova

G qrupu
Niderland
Türkiyə
Norveç
Monteneqro
Latviya
Cəbəllütariq

H qrupu
Xorvatiya
Slovakiya
Rusiya
Sloveniya
Kipr
Malta

İ qrupu
İngiltərə
Polşa
Macarıstan
Albaniya
Andorra
San Marino

J qrupu
Almaniya
Rumıniya
İslandiya
Şimali Makedoniya
Ermənistan
Lixtenşteyn


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43