Kateqoriyasız

DÇ-2022: Türkiyə Norveçə, Rusiya Sloveniyaya qalib gəldi

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin II turuna start verilib. İlk oyun günündə 10 qarşılaşma keçirilib.

Azərbaycan millisinin yer aldığı A qrupunda Portuqaliya yığması səfərdə Serbiyanın qonağı olub. Bu oyun heç-heçə yekunlaşıb. İrlandiya millisi isə öz meydanında Lüksemburqa minimal hesabla uduzub.

G qrupunda yer alan Türkiyə millisi Norveçlə qarşılaşıb. Görüş koronavirus pandemiyası səbəbiylə Norveçdə deyil, İspaniyada keçirilib. Türklər bu oyunda darmadağına seviniblər. Qrupun digər matçında Niderland Latviyanı məğlub edib.

DÇ-2022
Seçmə mərhələ
II tur

27 mart

A qrupu

Serbiya – Portuqaliya – 2:2
Qollar: Mitroviç, 46. Kostiç, 60 – Jota, 11, 36

İrlandiya – Lüksemburq – 0:1
Qollar:
 Rodriqes, 85

E qrupu

Belarus – Estoniya – 4:2
Qollar: Lisakoviç, 45 (pen), 84, Kendiş, 64, Savitski, 81 – Anier, 31, 55

Çexiya – Belçika – 1:1
Qollar: 
Provod, 50 – Lukaku, 60

G qrupu

Monteneqro – Cəbəllütariq – 4:1
Qollar: Beqiray, 25, Şimiç, 43, Tomaşeviç, Yovetiç, 80 – Stayç, 30 (pen.)

Norveç – Türkiyə – 0:3
Qollar: 
Tufan, 4; 59, Söyüncü, 28

Niderland – Latviya – 2:0
Qollar: 
Berqeys, 32, De Yonq, 69

H qrupu

Rusiya – Sloveniya – 2:1
Qollar: Dzyuba, 26, 35 – İliçiç, 36

Xorvatiya – Kipr – 1:0
Qol: 
Paşaliç, 40

Slovakiya – Malta – 2:2
Qollar: 
Ştreleç, 49, Şkrinyar, 53 – Qambin, 16, Satariano, 20

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43