Kateqoriyasız

De Byazi Slovakiya ilə oyun haqda: “Komandada atmosfer yaxşıdı”

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasında sabah Slovakiya ilə səfərdə keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

İdmanxeber.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

“Biz də oyuna hazırlıq. Hər şey özümüzdən asılıdır. Slovakiyanın heyətində yaxşı futbolçular var. Şkrinyar, Lobotka kimi ulduzlara məxsus komandadır. Rəqibdən qorxmamalıyıq. Sabah da bunu göstərəcəyik. Komandada atmosfer yaxşıdır. Ümid edirəm ki, sabahkı görüşdən sonra da oyunçularda atmosfer yaxşı olacaq. 4 matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Slovakiya ilə qarşılaşmada əldə olunan imkanlardan istifadə etmək istəyirik”.

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43