Milli komanda

De Byazini millidə türkiyəli mütəxəssis əvəzləyəcək?

Engin Fırat Azərbaycan millisinin yeni baş məşqçisi ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, Keniyanı çalışdıran 53 yaşlı mütəxəssis Rusiya ilə keçirilən yoldaşlıq oyunundan sonra diqqətləri üstünə çəkməyi bacarıb. Rusların baş məşqçisi Valeri Karpin Fırat haqqında bunları deyib:

“Keniya Kamerundan fərqli olaraq oyunçuları daha zəif liqalarda oynamaqlarında baxmayaraq daha sistemli oynayırdılar. Məşqçi işi komandada bilinirdi”.

Engin Fıratla Azərbaycandan başqa Kosova millsi və Rusiya klubları ÇSKA (Moskva), “Rubin” də maraqlanır.

Türkiyəli mütəxəssis daha öncə İran klubları Sepahan və Saypa, 2019-20-ci illərdə isə Moldova millisini çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43