Dünya futbolu

Dieqo Kosta Çin klubu ilə müqavilə imzaladı

“Çelsi”nin forvardı Dieqo Koşta Çinin “Tyanszin Syuansyan” klubu ilə ilkin müqavilə imzalayıb.

Bu barədə  “Cadena Ser” portalı məlumat verib. Bir müddət əvvəl verilən məlumata görə çinlilər onu qışda transfer etmək istəyirdilər, lakin London təmsilçisi forvardı buraxmamışdı.

“Tyanszin” forvarda ildə 40 milyon avro ödəməyə hazırdır. Kostanın transferi üçün “Çelsi”yə 90 milyon ödəniləcək.

Xatırladaq ki, qışda bu klub Aksel Vitseli də heyətinə qatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43