Dünya futbolu

Dieqo Kosta üçün mövsüm erkən bitir

İspaniya La Liqasının 31-ci turunda “Barselona”nın qonağı olan “Atletiko”nun hücumçusu Dieqo Kostanın meydandan qovulmasının səbəbi bilinib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi bu oyunda təkcə üç xal deyil, eyni zamanda əsas qol silahlarından olan D.Kostanı da itirib. Belə ki, qarşılaşmanın 30-cu dəqiqəsində birbaşa qırmızı vərəqə görərək meydandan qovulan braziliyalının hakimə söydüyü məlum olub. Görüşün baş hakimi Jesus Manzano oyundan sonra protokola Kostanın onun anasını söydüyü üçün qovduğunu bildirib.

Bu səbəbdən 30 yaşlı futbolçunun 8 oyun cəza ala bilcəyi bildirilib. Əgər Kosta 8 oyun cəza alarsa, bu, onun üçün mövsümün erkən bitəcəyi anlamına gəlir.

Qeyd edək ki, D. Kosta bu mövsüm La Liqada 16 oyunda 2 qol, 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43