Dünya futbolu

Dieqo Simeonenin rekordunu təkrarladı

“Napoli” klubunun futbolçusu Covanni Simeone hazırda İspaniyanın “Atletiko” (Madrid) komandasının baş məşqçisi olan atası Dieqo Simeonenin rekordunu təkrarlayıb.

İdmanxeber.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna Şotlandiya “Reyncers”ini 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl etməklə nail olub.

Argentinalı forvard qitənin bir nömrəli klub turnirində ilk 4 matçında 4 qola imza atıb. İndiyədək yalnız onun atası Dieqo Simeone eyni uğura imza atmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43