“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsində səfər matçı canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, avqustun 1-i Tiflisdə keçiriləcək “Dinamo” – “Qəbələ” matçı saat 21:00-da “CBC İnternational”la canlı yayımlanacaq.
Xatırladaq ki, “Qarabağ”ın iyulun 31-də Çempionlar Liqasının II təsnifat mərhələsində “Dandolk”la “Dalğa Arena”da, “Neftçi”nin avqustun 1-də “Arsenall”a “Bakcell Arena”da saat 21:00-da keçiriləcək cavab matçı “CBC Sport”la canlı yayımlanacaq.