Dünya futbolu

Dino Ndlovu ÇL-in bombardirləri sırasında

Ötən gün keçirilən “Şerif” – “Qarabağ” matçından (1:2) sonra Çempionlar Liqasının bombardirləri siyahısında dəyişiklik olub.

İdmanxeber.com-un məlumatına görə, Tiraspol təmsilçisinə qarşı cavab oyununda fərqlənən “Qarabağ”ın futbolçusu Dino Ndlovu ən yaxşı bombardirlər sırasına düşüb. Bu mövsüm 3 qol vuran Ndlovu Çempionlar Liqasının 7 ən yaxşı bombardirindən biridir.

Qeyd edək ki,  bombardirlər siyahısında  Andriya Pavloviç (“Kopenhagen”), Mario Qavranoviç (“Riyeka”), Uroş Nenadoviç (“Alaskert”), Entoni Nvakaeme (“Hapoel” Beyer-Şeva), Patrik Tvumasi (“Astana”) və Skott Quiqli (TNS)  yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43