İdman

Dino Ndlovu: “Qrupda bizim heç bir ambisiyamız yoxdur”

“Çempionlar Liqasında oynamaq ifadəolunmaz bir hisdir. Amma biz debütantıq. Buna görə də bizim üçün çətin olacaq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dino Ndlovu “Kickoff”a deyib.

27 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Atletiko”, “Roma” kimi komandalarla oynamağın möhtəşəm olacağını bildirib: ” Biz oyunlarda öz potensialımızı ortaya qoyacağıq”.

D.Ndlovu bildirib ki, ÇL-in qrupunda ilk dəfə oynayacaqları üçün heç bir təzyiq altında olmayacaqlar: “Heç nə itirməyəcəyik. Çünki qrupda bizim heç bir ambisiyamız yoxdur. Bu sadəcə təcrübə olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43