İdman

Asif Məmmədov: “Qarabağ” qrup mərhələsində böyükhesabla uduzsa da, ayıb hesab etməməliyik”

“Mənə elə gəlir, “Qarabağ”la oyunumuzun ədalətli nəticəsi heç-heçə olardı. Pis oynamamışıq. İkinci hissəyə də yaxşı başlayan tərəf biz olduq”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri “Qəbələ”nin futbolçusu Asif Məmmədov deyib. Azərbaycan Premyer Liqasının III turu çərçivəsində səfərdə “Qarabağ”a məğlub olduqları görüşdən danışan yarımmüdafiəçi qaçırdıqları qol imkanları üçün təəssüfləndiyini bildirib:

 “Ümumiyyətlə bu komandaya qarşı oyanamaq bir o qədər asan deyil. Digər rəqiblərə baxanda seçilir. “Qarabağ” topla yaxşı rəftar etməyi bacaran komandadı. Normaldı, Çempionlar Liqasının qrupunda düşən komanda, seçilməyi bacarmalıdı. Onlara da, qitənin ən nüfuzlu klub turnirində uğurlar arzu edirik. Ən azı, Azərbaycanı təmsil edirlər.Bura qədər gəliblərsə, böyük şeydi. Əgər qrup mərhələsində hansısa komandaya böyükhesabla məğlub olsalar, bunu ayıb hesab etməməliyik. Uğur qazanmassalar belə, heç  kimin “Qarabağ” haqda mənfi sözlər deməsinə haqqı çatmaz. Düşünürəm ki, onlar da əllərindən gələni edəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43