Dünyadan

Dünya çempionu: “Azərbaycan millisini “Avro-2016”da görmək istərdim”

1998-ci ildə Fransa millisinin tərkibində dünya çempionu olan Kristian Karambö Bakıya səfərə gəlib.

Bu gün “Bakı-2015”in çimərlik futbolu üzrə püşkatma mərasimində iştirak edib.

Mərasimdən sonra jurnaistlərin suallarını cavablandıran K.Karambö Bakını bəyəndini deyib. Azərbaycanda hər şeyin yüksək səviyyədə olduğunu deyən Fransa futbolunun veteranı Avropa Oyunlarına hazırlıq haqda da fikirlərini bildirib:  “Bakı-2015”ə hazırlıq səviyyəsi əladır. İnfrastruktur gözəldir. Bakıya gələcək idmançılara hər cür şərait yaradılıb. Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi ilə söhbətim oldu. O bildirdi ki, komandaya diqqət və qayğı yüksək səviyyədədir və yarışa ciddi hazırlaşırlar. Mənim isə Bakıya növbəti səfərim yayda olacaq. Həmin vaxt həm çimərlik futbolunda, həm də digər idman növlərində əlimdən gələn köməkliyi etməyə çalışacam”.

K.Karambö, futbol üzrə milli komandamızın hazırkı durumu barədə də fikirlərini açıqlayıb. O, Azərbaycan futbolunun inkişafda olduğunu söyləyib.

“Baş məşqçi Robert Prosineçki ilə söhbət etdik. Bildirdi ki, burda istedadlı gənclər var və onlarla uğur qazanmaq olar. Prosineçki göstərilən qayğıdan da məmnundur. Əsas məqsəd DÇ-2018-ə ciddi hazırlaşıb, orda uğur qazanmaqdır. Amma mən bir fransız olaraq, Azərbaycanın Fransada keçiriləcək Avro-2016-da iştirak etmələrini istərdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43