Dünya futbolu

Dünya çempionu həbs edildi

İtaliya millisinin sabiq üzvü və dünya çempionu Vincenzo Yakvinta həbs edilib. O, İtliyanın Kalabria  bölgəsində yerləşən silahlı cinayyətkar qruplaşmaya üzv olduğu üçün məhkəmə önünə çıxıb və iki il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, itsliyalı futbolçu ilə yanaşı daha 150 nəfər cinayyətkar qrupa üzv olduğu üçün həbs edilib. Həsb edilənlər arasında Yakvinta tası Cuiseppe de var. O, futbolçudan fərqli olaraq silah qaçırtma və narkotik ticarəti ilə də məşğul olduğuna görə 19 il həbs cəzası alıb.

Vincenzo Yakvinta 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43