Dünyadan

Dünya ulduzu dişlərini dəyişir

“Atletiko Mineyro”nun ulduz futbolçusu Ronaldinyo yeni imici ilə hər kəsi təəccübləndirəcək.

Braziliyalı futbolçu dünyaca məhşur olan dişlərini dəyişəcək.

Bu barədə futbolçunun meneceri Roberto Assis məlumat verib. Onun dediyinə görə, Ronaldinyonun yeni dişləri əvvəlki kimi qabağa çıxmayacaq. “Dovşan diş” ləqəbi ilə tanınan futbolçu yeni imici ilə Braziliya A seriyasının növbəti turunda azarkeşlərinin qarşısına çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43