Dünya futbolu

Dünyanın ən yaxşı futbolçusunun adına aydınlıq gəldi

Dünyanın ən yaxşı futbolçusunun  adına aydınlıq gəlib.

Tanınmış “World Soccer” nəşri planetin ən yaxşısının adını açıqlayıb. Böyük Britaniya jurnalının mütəxəssislər və KİV nümayəndələri arasında apardığı sorğunun nəticələrinə əsasən, “Real”ın hücumçusu Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu seçilib. Portuqaliyalı 1075 xal toplayıb. 2-ci yeri tutan argentinalı Lionel Messi Ronaldodan 149 xal az yığıb. 3-cü yerə layiq görülən fransalı Frank Riberi səslərin 870-ni toplayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43