Kateqoriyasız

Eddi İsrafilov yeni komandasında debüt etdi, “fərqləndi”

Millimizin üzvü Eddi İsrafilov bu gün yeni komandası “Kordoba”da debüt edib.

İdmanxeber.com-un məlumatına görə, “Alkorkon” klubunun qonağı olan “Kordoba” bir xalla kifayətlənib. Eddi İsrafilov 59-cu dəqiqədə meydana daxil olub. Millimizin üzvü 63-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, matç 3:3 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43