Dünya futbolu

Edin Ceko “Roma”nı Premyer Liqa klubuna dəyişir?

İtaliyanın “Roma” klubunun hücumçusu Edin Cekonun İngiltərə Premyer Liqasına qayıtmaq variantı yaranıb.

Bosniya və herseqovinalı futbolçuya “Vest Hem” klubu illik 9 milyon avroluq maaş tələb edib. 33 yaşlı forvardın bu təklifə müsbət baxdığı və mövsümün sonunda “Roma”dan ayrılacağı vurğulanıb.

Qeyd edək ki, “Roma” ilə 2020-ci ilə qəfər müqaviləsi olan təcrübəli futbolçu bu mövsüm 33 oyuna 12 qol vurub. Ceko 2015-ci ildə 11 milyon avroya “Mançester Siti”dən “Roma”ya keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43