Ölkə futbolu

Ekvador millisinin üzvü Azərbaycan klubunda

“Sabah” heyətinə yeni futbolçu cəlb edib.

Premyer Liqanın debütantı Ekvador millisinin üzvü Anibal Çala ilə razılıq əldə edib. Bu barədə adıçəkilən ölkənin “Ecuavisa.com” saytı yazıb. Bildirilir ki, 23 yaşlı sol cinah müdafiəçisi artıq dünən Azərbaycana gəlib.

Çalanın son klubu “LDU Kito” olub. Keçən ildən Ekvador millisinə çağrılan futbolçu yığmada 2 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43