Kateqoriyasız

“Elə futbolçuların gəlməyindənsə, olmamağı yaxşıdır” – Amil Yunanov

“Çox çətin vaxt keçirdim. Ağır zədədən sonra qayıtmaq heç də asan deyil. Hazırda komanda ilə məşqdəyəm. Yoldaşlıq görüşlərindən sonra daha da yaxşı olmağa çalışacam. Həmin oyunlarda formamı bərpa edəcəyimə inanıram. Hələ də tam hazır deyiləm”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın futbolçusu Amil Yunanov deyib. Təcrübəli futbolçu daha sonra belə davam edib:

“Özünüz də gördünüz ki, son oyunlarda çox yaxşı çıxış etdik. Məğlub olduğumuz matçlarda belə pis oynamırdıq. Təcrübəsizlik nəticə qazanmağa imkan vermirdi. Bundan sonra da belə davam edəcəyik. Bu heyətlə uğurlu nəticələr qazanmaq olar. Buna inanırıq”.

30 yaşlı futbolçu heyətdə əcnəbi futbolçuların olmamasını mənfi hal kimi qiymətləndirmir. O, gənc oyunçuların da önlərinin açılmasının lazım olduğunu vurğulayıb:

“Açığı, çempionatda elə klublar var ki, orada yersiz legionerlər çoxdur. Elə futbolçuların gəlməyindənsə, olmamağı yaxşıdır. Gəlib hansısa yerli gənc oyunçunun qarşısını kəsəcək. Öz uşaqlarımızın oynaması daha məqsədə uyğundur. Əlbəttə, səviyyəli legionerə heç kim bir şey demir. Yerli futbolçulara bərabər əcnəbi futbolçulara ehtiyac yoxdur. Ancaq hazırda yaxşı komandamız var. Yeni yaradılmış heyətdən nə gözlənilirsə, bizdən də o tələb edilir. Həm də gənc oyunçuları yetişdirmək lazımdır. Kubun strategiyasında bu da var”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43